AVRO-2020: UEFA final oyunu ilə bağlı intizam işi açdı
Futbol
- 14 iyul, 2021
- 09:59
UEFA İtaliya və İngiltərə yığmaları arasında keçirilən Avropa çempionatının final oyunu ilə bağlı intizam işi açılıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, istintaq müddətində azarkeşlərin meydana icazəsiz girişi, tribunadan oyun sahəsinə yad əşyaların atılması, fanatların priotexniki vasitələrdən istifadə etməsi və dövlət himnləri zamanı baş verən hadisələr araşdırılacaq.
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin təyin etdiyi xüsusi müfəttiş stadionun içində və xaricində azarkeşlərin yol verdiyi hərəkətlərlə bağlı ayrıca intizam araşdırması aparacaq.
Qeyd edək ki, finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edən İtaliya millisi Avropa çempionu olub.
Son xəbərlər
15:10
MM əməyin təhlükəsizliyi ilə bağlı Konvensiyanı ratifikasiya edib
Milli Məclis15:09
Asif Şirəliyev: "Yeni qaydalarda bir sıra mühüm dəyişikliklər yer alıb"
Fərdi15:02
"Apple" ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 8 %-ni itirib
İKT15:01
"Unibank"dan yeni qərar: nağd kreditlər 9%-dən, maksimal məbləğ 70 000 manat
Maliyyə14:48
Kolumbiyada "ASAN xidmət" sistemi tətbiq edilə bilər
Xarici siyasət14:46
ATƏT-in Baş katibi və İsveçrənin vitse-prezidenti Kiyevdədir
Digər ölkələr14:41
Azərbaycan millisi Özbəkistanla yoldaşlıq görüşləri keçirəcək
Futbol14:35
"Qarabağ"ın rəqibi futbolçusu üçün "Arsenal"ın göndərdiyi ilk təklifi rədd edib
Futbol14:30