AVRO-2020: Niderland Ukraynanı məğlub etdi
Futbol
- 13 iyun, 2021
- 20:51
Futbol üzrə Avropa çempionatında C qrupunun ikinci oyunu keçirilib.
"Report"un məlumatına görə, "Amsterdam Arena"da Niderland yığması Ukrayna millisi ilə üz-üzə gəlib.
Qarşılaşma Niderlandın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb. Görüşdə əsas hadisələr ikinci yarıda yaşanıb.
52-ci dəqidədə Corcinyo Veynaldum hesabı açıb, 59-cu dəqiqədə isə Vaut Veqhorst fərqi iki topa çatdırıb. Ukrayna yığmasının heyətində Andrey Yarmolenko 75-ci dəqiqədə fərqi azaldıb, Roman Yaremçuk 79-cu dəqiqədə bərabərlik qolunu vurub.
Denzel Dümfris isə 85-ci dəqiqədə Niderlanda qələbə qazandıran qola imza atıb.
C qrupunun ilk oyununda Avstriya Şimali Makedoniyanı 3:1 hesabı ilə üstələyib.
Son xəbərlər
05:42
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Digər ölkələr05:26
Norveç millisinin baş məşqçisi Stole Solbakken: "Hazırda yalnız böyük məyusluq hiss edirəm"
Futbol05:14
DÇ-2026: Argentina İsveçrə ilə oyunda hesabı açıb - YENİLƏNİR
Futbol05:13
İranın bir sıra şəhərlərində partlayışlar olub
Region05:04
Tomas Tuxel: "Bu gün Norveçə qarşı bir qədər də şanslı idik"
Futbol04:37
Amerika basketbolçusu Kaynu Roçford Nyu-Yorkda atışmada öldürülüb
Komanda04:06
ABŞ İrana qarşı üçüncü hücum dalğasına başlayıb
Digər ölkələr04:02
İngiltərə millisinin futbolçusu Cud Bellinqem Norveç ilə matçın ən yaxşısı seçilib
Futbol03:47