"Atletiko" yeni rekorda imza atıb
Futbol
- 13 yanvar, 2025
- 06:39
İspaniya La Liqasının XIX turunda "Osasuna" ilə qarşılaşmada (1:0) qələbə qazanan "Atletiko" ardıcıl qələbələrin sayına görə yeni rekorda imza atıb.
"Report" "Opta Sport"a istinadən xəbər verir ki, Dieqo Simeonenin baş məşqçisi olduğu komanda bu mövsüm iştirak etdiyi bütün turnirlərdə 14 qələbə qazanıb.
Madrid təmsilçisi İspaniya çempionatında ardıcıl 8 qələbəyə sevinib. Komandanın həmçinin İspaniya Kubokunda və UEFA Çempionlar Liqasının Liqa mərhələsində üç qələbəsi var.
Daha əvvəl "Atletiko"nun ən yaxşı seriyası 2012-ci ilin avqust-oktyabr aylarında 13 matçdan ibarət idi. Həmin vaxt da komandaya argentinalı mütəxəssis rəhbərlik edirdi.
Qeyd edək ki, "Atletiko" La Liqada 19 turdan sonra 44 xalla turnir cədvəlinə başçılıq edir.
Son xəbərlər
18:07
ÜST rəhbəri Avropadakı istilərlə bağlı xəbərdarlıq edib
Digər ölkələr17:57
"Bild": Almaniya sakinləri isti hava səbəbindən tədricən gecə həyat tərzinə keçirlər
Digər ölkələr17:48
Futbolçu Lukas Trexonun həyat yoldaşı və uşaqları Venesuelada zəlzələ nəticəsində ölüb
Futbol17:44
Lerikdə avtomobil dərəyə aşıb, bir ailənin üç üzvü və daha bir nəfər xəsarət alıb
Hadisə17:36
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı müzakirə olunub
Region17:24
İran İsrail Ordusunun tezliklə Livandan çəkilməsini tələb edir
Region17:15
ABŞ-də meşənin söndürülməsi zamanı üç yanğınsöndürən həlak olub
Digər ölkələr17:04
Aİ zəlzələdən zərər çəkmiş Venesuelaya yardım üçün €5 milyon ayırıb
Digər ölkələr17:01