"Atletiko"nun hücumçusu uzun müddətə cəzalana bilər
Futbol
- 10 mart, 2025
- 10:35
İspaniyanın "Atletiko” klubunun argentinalı hücumçusu Anxel Korrea uzun müddətə cəzalana bilər.
“Report” “Marca”ya istinadən xəbər verir ki, buna onun La Liqanın XXVII turunda “Xetafe” ilə matçda (1:2) baş hakimi təhqir etməsi səbəb olub.
Argentinalı hücumçu 88-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. O, meydanı tərk edərkən hakimin ünvanına nalayiq ifadələr işlədib. Bu isə matçın nümayəndəsinin rəsmi hesabatında qeyd olunub.
La Liqanın əsasnaməsində hakimə, onun köməkçilərinə, həmçinin rəhbərliyə və ya idman rəsmilərinə ünvanlanan təhqiramiz ifadələrə görə 4-12 oyunluq cəza nəzərdə tutulur.
Qeyd edək ki, Madrid klubu hazırda 56 xalla turnir cədvəlində üçüncüdür. 33 xala malik “Xetafe” isə 12-ci pillədə qərarlaşıb.
Son xəbərlər
08:58
FİFA İngiltərənin ilk qolunun hesaba alınması səbəbini izah edib
Futbol08:39
Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr08:18
Xulian Alvares Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu olub
Futbol08:13
ABŞ İrana üçüncü zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:48
DÇ-2026: Yarımfinal mərhələsinin cütləri müəyyənləşib
Futbol07:45
DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub - YENİLƏNİB-8
Futbol07:38
"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək
Digər ölkələr07:11
İran ABŞ-nin regiondakı hədəflərinə zərbələr endirib
Region06:44