"Atletiko" Dembelenin keçidini həll etdi
Futbol
- 13 yanvar, 2021
- 18:18
İspaniya "Atletiko"su klubu Fransanın "Lion" komandasının futbolçusu Mussa Dembeleni icarəyə götürüb.
"Report" Liqa 1 təmilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Mali əsilli fransalı hücumçu Madrid klubu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
La Liqa təmsilçisinin bu keçid üçün qarşı tərəfə 1,5 milyon avro təzminat ödədiyi bildirilib. Klub yayda 25 yaşlı forvardı 33,5 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.
Dembele "Atletiko"ya bir müddət öncə komandadan göndərilən Dieqo Kostanın əvəzləyicisi kimi cəlb olunub.
Qeyd edək ki, Mussa Dembele bu mövsüm Fransa çempionatında 16 oyunda meydana çıxıb və 1 qol vurub.
Son xəbərlər
02:06
Tramp ABŞ-İran sazişini və dəniz blokadasının ləğv olunduğunu elan edib
Digər ölkələr01:56
DÇ-2026: Niderland - Yaponiya matçında məhsuldar heç-heçə qeydə alınıb - YENİLƏNİB-7
Futbol01:47
Pakistanın Baş naziri: ABŞ və İran arasında razılaşma əldə edilib
Digər ölkələr01:27
Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb
Region01:16
Dik Advokat: "Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək"
Futbol01:07
Pit Heqset: İranın nüvə yanacağı beynəlxalq nəzarət altında olacaq
Digər ölkələr00:40
İlham Əliyev: Əminəm ki, Azərbaycan - ABŞ dostluğunun dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik
Xarici siyasət00:30
Prezident: TRIPP-i regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük
Xarici siyasət00:22