"Atletik"in futbolçusu Uilyams zədələnib
Futbol
- 19 yanvar, 2026
- 22:36
İspaniya təmsilçisi "Atletik"in (Bilbao) hücumçusu İnyaki Uilyams zədələnib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu məşq zamanı sol baldır əzələsindən zədə alıb və məşqi vaxtından əvvəl tərk edib. Bildirilib ki, zədə yüngül–orta dərəcəlidir və futbolçu hazırda müalicə və bərpa mərhələsindədir.
Qeyd edək ki, İnyaki Uilyams bu mövsüm La Liqada "Atletik"in heyətində 19 oyunda iştirak edib və 1 qol vurub.
Hazırda 24 xala malik "Atletik" İspaniya çempionatının turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb.
Son xəbərlər
12:19
Ötən həftə 1 959, 5 hektar ərazi minalardan təmizlənib
Digər12:16
Sabah 39 dərəcə isti olacaq
Ekologiya12:12
ABB-dən uşaqlar üçün yeni rəqəmsal bankçılıq təcrübəsi
Maliyyə12:11
Foto
Özbəkistanın Baş prokuroru Azərbaycan Prokurorluğunun 100 illik yubiley medalı ilə təltif edilib
Xarici siyasət12:08
Azərbaycan XİN Kolumbiyanı Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət12:07
Foto
Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb
Xarici siyasət12:05
Bəqai: İran vasitəçilərdən ABŞ ilə gərginliyin azaldılmasına dair təkliflər alıb
Region12:04
Ukrayna Qara və Azov dənizlərində 7 gəminin vurulduğunu bəyan edib
Digər ölkələr12:04