"Atletik"in əsas futbolçusu "Qarabağ"la oyunu buraxa bilər
Futbol
- 09 sentyabr, 2025
- 10:02
İspaniyanın "Atletik" klubunun futbolçusu Niko Uilyams "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda iştirak etməyə bilər.
"Report" Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı vinger İspaniya yığmasının düşərgəsində zədələnib.
Bolqarıstan (3:0) və Türkiyə (6:0) komandalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunlarından sonra onun əzələsində problem aşkarlanıb.
"Marca" nəşri oyunçunun təxminan 6 həftəyədək sıradan çıxa biləcəyini yazıb. Uilyamsın yaşıl meydanlara qayıtma müddəti onun sağalmasının gedişatından asılı olacaq.
Qeyd edək ki, "Qarabağ" bu "Atletik"lə oktyabrın 22-də İspaniyada üz-üzə gələcək.
Son xəbərlər
15:36
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırıb
Futbol15:34
Azərbaycan manatının dövretmə sürəti sentyabrda cüzi artıb
Maliyyə15:30
Foto
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb
Hərbi15:21
Cənubi Koreya Çinin Seul və Pxenyan arasında dialoqun bərpasında yardımına ümid edir
Digər ölkələr15:01
TDT ölkələri turist qatarlarının işə salınması imkanını nəzərdən keçirir
Turizm14:57
Bakıda Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək
Fərdi14:46
Bu il Azərbaycan Saratovdan ən böyük buğda alıcısıdır
ASK14:25
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
Maliyyə14:20
Foto