"Atletik" Ernesto Valverdeni əvəz edəcək baş məşqçinin adını açıqlayıb
Futbol
- 05 may, 2026
- 14:48
Almaniyanın "Borussiya" (Dortmund) klubunun sabiq baş məşqçisi Edin Terziç İspaniyanın "Atletik" kollektivini çalışdıracaq.
"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl klubun mətbuat xidməti hazırkı mütəxəssis Ernesto Valverdenin cari mövsümün sonunda ayrılacağını açıqlamışdı.
Edin Terziçin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək davam edəcək. O, Yupp Heynkesdən sonra "Atletik"in tarixində ikinci almaniyalı məşqçi olacaq.
Terziçin 43 yaşı var. O, iki dəfə - 2020-ci ildən 2021-ci ilə qədər və 2022-ci ildən 2024-cü ilə qədər "Borussiya"da çalışıb. Onun rəhbərliyi altında komanda Almaniya Kubokunu (2021) qazanıb və Çempionlar Liqasının finalına (2024) yüksəlib.
Son xəbərlər
12:31
Samir Məmmədov: "Bakı Limanının ötürücülük gücünün 25 milyon tona çatdırılması üçün işlər aparılır"
ASK12:29
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
Ekologiya12:26
Hörmüz boğazında Fransaya məxsus gəmiyə hücum olub
Digər ölkələr12:21
AMB: İslam maliyyəsi ilə bağlı qanunvericilik paketləri bu il təsdiqlənəcək
Maliyyə12:19
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!
İKT12:19
Boris Xetaqurov "50 il futbolda" kitabında xatirələrini bölüşüb
Futbol12:17
Sabah 23 dərəcə isti gözlənilir
Ekologiya12:15
Almaniya qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsi Azərbaycana təhvil verəcək
Daxili siyasət12:14