"Arsenal"ın baş məşqçisi "Barselona"ya rəhbərlik edə bilər
Futbol
- 01 mart, 2021
- 08:29
İngiltərə "Arsenal"ının baş məşqçisi Mikel Arteta cari mövsümün sonunda İspaniya "Barselona"sının sükanı arxasına keçə bilər.
"Report" RAC1 telekanalına istinadən xəbər verir ki, Kataloniya klubunun prezidentliyinə əsas namizədlərdən Joan Laporta komandanı 39 yaşlı mütəxəssisə tapşırmaq istəyir.
Hazırda La Liqa təmsilçisinə niderlandlı Ronald Kuman başçılıq edir.
Qeyd edək ki, 15 yaşından "Barselona"nın gənclər yığmasında oynamış Mikel Arteta heç vaxt əsas komandaya yüksəlməyib. 2011 - 2016-cı illərdə "Arsenal"da çıxış etmiş veteran yarımmüdafiəçi 2019-cu ilin dekabrından London klubuna rəhbərlik edir. Hazırda onun komandası 26 oyundan 37 xalla 10-cu pillədə qərarlaşıb.
Son xəbərlər
19:37
Rusiya Silahlı Qüvvələri Ukraynada iki enerji obyektinə ciddi ziyan vurub
Digər ölkələr19:24
Foto
"Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
İnfrastruktur19:22
Foto
"Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb
Fərdi19:11
İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb
Region18:59
Fitso: Slovakiya Ukraynanın Aİ-yə daxil olmaq niyyətini dəstəkləyir
Digər ölkələr18:51
Foto
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
Hadisə18:42
Foto
Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub"
Maliyyə18:33
Livan Səhiyyə Nazirliyi: Martın əvvəlindən İsrailin hücumları nəticəsində 2,6 mindən çox şəxs həlak olub
Digər ölkələr18:14