"Arsenal" klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

Futbol
  • 26 sentyabr, 2025
  • 13:13
Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

İngiltərənin "Arsenal" klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, bunlar "Real Sosyedad"da çıxış edən Takefusa Kubo və "Sevilya"dan Lusyen Aqumedir.

"Topçular" bu keçidlər üçün ümumilikdə 75 milyon avro ödəmək niyyətindədir.

Qeyd edək ki, T.Kubonun La Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir. L.Aqumenin isə klubu ilə 2028-ci ilin iyununa qədər sözləşməsi var.

Son xəbərlər

Bütün Xəbər Lenti