"Arsenal" İngiltərə Premyer Liqasında liderliyini qoruyub

Futbol
  • 01 mart, 2026
  • 22:41
Arsenal İngiltərə Premyer Liqasında liderliyini qoruyub

İngiltərə Premyer Liqasının XXVIII turunda "Arsenal" "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, oyun Londondakı "Emirates" stadionunda baş tutub.

Vilyam Saliba (21) və Yurrien Timber (66) qələbə qollarını vurublar.

Qarşılaşmanın 70-ci dəqiqəsində "Çelsi"nin yarımmüdafiəçisi Pedro Neto ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Əlavə vaxtda "Arsenal"ın oyunçusu Pyero İnkapie öz qapısına qol vurub.

"Arsenal" yanvarın 25-dən bəri uduzmayıb. Komanda bu müddətdə 7 qələbə qazanıb və 2 heç-heçə edib. "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlinə 64 xalla başçılıq edir. "Çelsi" 45 xalla altıncıdır.