"Arsenal"ın sabiq baş məşqçisi La Liqa klubuna rəhbərlik edəcək
                            Futbol
                            
                        - 20 iyul, 2020
 - 11:09
 
                            
                            
                        İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi Unay Emerinin yeni iş yeri müəyyənləşib.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis İspaniya "Vilyarreal"ının baş məşqçisi olacaq.
İspaniyalı baş məşqçi ilə müqavilənin detalları razılaşdırılıb. Tezliklə sözləşmənin imzalanacağı gözlənilir. Emeri bu postda Xavyer Kalyexanı əvəzləyəcək.
Qeyd edək ki, Unay Emeri 2018/2019 mövsümündə "Arsenal"da işləyib. O daha əvvəl İspaniyada "Sevilya"nın baş məşqçisi olub və bu komanda ilə 3 dəfə Avropa Liqasını qazanıb. Emeri 2019-cu ildə "Arsenal"la Bakıda keçirilmiş Avropa Liqasının finalında Londonun digər klubu "Çelsi"yə 1:4 hesabı ilə uduzub.
Son xəbərlər
09:30
                
                                    Foto                                
                                                            
                                    Video                                
                                                    Sumqayıtda top mərmisi aşkarlanıb
Hadisə09:28
                Kamçatkada ikinci zəlzələ baş verib
Digər ölkələr09:27
                
                                    Foto                                
                                                    Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycanın təcrübəsini öyrənir
İnfrastruktur09:23
                2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular müəyyənləşib
Futbol09:19
                
                                    Foto                                
                                                    Ramin Məmmədov Ordubadda "Cümə" və "Sərşəhər" məscidlərini ziyarət edib
Din09:13
                UEFA Çempionlar Liqası: Liqa mərhələsinin IV turuna start verilir
Futbol09:07
                Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.11.2025)
Maliyyə09:03
                Azərbaycanın futzal və voleybol milliləri İslamiadada mübarizəyə başlayırlar
Komanda08:56