"Arsenal"ın futbolçusu hücuma məruz qalıb
Futbol
- 01 dekabr, 2021
- 05:22

İngiltərənin "Arsenal" klubunun futbolçusu Qabriel dostu ilə gecə klubundan qayıdarkən hücuma məruz qalıb.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, həmin şəxslər 24 yaşlı müdafiəçinin avtomobilini saxladığı qaraja daxil olublar.
Cinayətkarlar braziliyalı oyunçudan maşının açarlarını, qol saatını və mobil telefonunu tələb ediblər. Onlardan biri Qabrieli beysbol çubuğu ilə hədələyib. Futbolçu onunla əlbəyaxa olub və daha sonra hücum edənlər qaçıblar.
Müdafiəçiyə və onun dostuna zərər dəyməyib.
Qeyd edək ki, Qabriel "Arsenal"a ötən ilin sentyabrında 26 milyon avro qarşılığında Fransa "Lill"indən keçib. O, "topçular"ın heyətində 42 oyuna 4 qol vurub.
Son xəbərlər
18:29
Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxaq turnirdə ilk yarımfinalçılar müəyyənləşib
Komanda18:26
Sabunçuda işgəncəyə məruz qalan azyaşlı ilə bağlı ekspertiza təyin edilib - YENİLƏNİB-3
Hadisə18:24
Uşakov: Putin və Tramp arasında Zelenski ilə görüşlərlə bağlı heç bir razılaşma yoxdur
Digər ölkələr18:17
Çoxvektorlu xarici siyasətin uğuru - ŞƏT-Azərbaycan strateji tərəfdaşlığı - ŞƏRH
Analitika18:10
Video
Sumqayıtda karton istehsalı müəssisəsindəki yanğın söndürülüb - YENİLƏNİB
Hadisə18:03
Bakı yaşayış xərclərinə görə dünyada 340-cı yeri tutub
Turizm18:02
Zelenski Umerova HHM-lərin alınması ilə bağlı tapşırıq verib
Digər ölkələr18:02
Azərbaycanın kişi parataekvondoçulardan ibarət millisi Bakıda təlim-məşq toplanışına start verib
Fərdi17:57