"Araz-Naxçıvan"ın rəqibi afrikalı hücumçu transfer edib
Futbol
- 22 iyul, 2025
- 13:28
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) afrikalı hücumçu transfer edib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tino Kadevere ilə 3 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçu Fransanın "Nant" klubundan transfer olunub. O, ötən mövsüm Liqa 1-də və ölkə kubokunda meydana çıxdığı 14 oyunda 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 2015-ci ildən Zimbabve millisinin formasını geyinən forvard yığmanın heyətində meydana çıxdığı 19 oyunda 3 qola imza atıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-də, saat 20:00-da "Dalğa Arena"da keçiriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.
Son xəbərlər
01:50
DÇ-2026: Panama - İngiltərə matçında ilk hissə bitib - YENİLƏNİR
Futbol01:49
Abbas Əraqçi İraqa səfər edəcək
Region01:49
DÇ-2026: Xorvatiya Qana ilə oyunda fasiləyə öndə yollanıb - YENİLƏNİR-2
Futbol01:26
Tramp Gömrük Xidmətinin rəhbəri postuna Lens Şroyerin namizədliyini irəli sürüb
Digər ölkələr01:02
Qurban Qurbanov: "Qarabağ" hələ optimal formasından uzaqdır"
Futbol00:37
İsrailin Livana hücumlarında ölənlərin sayı 4246 nəfərə çatıb
Digər ölkələr00:10
"UFC Fight Night Baku": Rafael Fiziyev və digər üç idmançıya əlavə ödəniş olunacaq
Fərdi23:57
Rafael Fiziyev: "Birinci raunddan sonra sol gözümlə yaxşı görə bilmirdim"
Fərdi23:45