APOEL-in yeni baş məşqçisi açıqlanıb

Futbol
  • 08 avqust, 2019
  • 11:59
APOEL-in yeni baş məşqçisi açıqlanıb

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Kiprin APOEL komandasının yeni baş məşqçisi bəlli olub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi Tomas Dolla tapşırılıb.

Onunla 2 illik müqavilə bağlanılıb. Almaniyalı mütəxəssis Kiprdə baş tutan ilk matçda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətə görə istefaya göndərilən italiyalı Paolo Trametsani əvəzləyib.

Doll daha öncə vətənində “Hamburq”, “Borussiya” (Dortmund) və “Hannover” komandalarının, eləcə də Türkiyənin “Gənclərbirliyi”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Macarıstanın “Ferentsvaroş” kollektivlərinin baş məşqçisi olub. 

Qeyd edək ki, “Qarabağ” və APOEL arasında cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 20:30-da başlayacaq.