Ander Barreneçea İngiltərənin iki klubunun hədəfindədir
Futbol
- 15 may, 2026
- 09:48
İngiltərənin "Çelsi" və "Mançester Yunayted" klubları "Real Sosyedad"ın hücumçusu Ander Barreneçea ilə müqavilə imzalamaq niyyətindədirlər.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı futbolçu hər iki Premyer Liqa təmsilçisinin əsas transfer siyahısında yer alıb.
Hücumun həm sol, həm də sağ cinahında çıxış etməyi bacaran A.Barreneçea 2019-cu ilin iyulundan "Real Sosyedad"ın əsas komandasında forma geyinir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Real Sosyedad"ın yetirməsi olan hücumçu 2025/2026 mövsümündə meydana çıxdığı 34 matçda 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.
Son xəbərlər
19:24
Foto
Video
"Quba Palace"da qolf turniri keçirildi
İdman19:19
"Karvan-Yevlax" Sadiq Quliyevi heyətinə cəlb edib
Futbol19:13
Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək
Region19:02
Foto
Türkiyənin media nümayəndələri Xankəndidə genişmiqyaslı işlərlə tanış olublar - YENİLƏNİB
Daxili siyasət18:57
Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib
Futbol18:57
Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibini təqdim edib
Digər ölkələr18:49
Foto
Video
Naxçıvanda "VAZ-2107" "KAMAZ"la toqquşub, xəsarət alanlar var
Hadisə18:39
Rubio: Hörmüz boğazı ilə bağlı danışıqlarda irəliləyiş var
Digər ölkələr18:33