Azərbaycan millisinin hücumçusu yubiley qolunu vurub
Futbol
- 21 dekabr, 2018
- 12:16
Bakı. 21 dekabr. REPORT.AZ/ “Keşlə”nin futbolçusu Amil Yunanov Azərbaycan Premyer Liqası və ölkə kubokunda ümumilikdə 40-cı qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun yubiley qolu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununa (1:1) təsadüf edib. Azərbaycan millisinin üzvü bu qollardan 33-nü Premyer Liqa, 7-ni Azərbaycan kubokunda vurub.
Qol hesabını 2011/12 mövsümündə “Qəbələ”də çıxış etdiyi vaxt açan Yunanov “Sumqayıt”da daha çox fərqlənib. O, bu klubda 28 dəfə çempionat, 6 dəfə kubokda rəqib qapısına yol tapıb. “Keşlə”də 5-ci qolunu vuran forvard 4 dəfə Premyer Liqada fərqlənibsə, yeni klubunda ilk kubok qoluna sevinib.
Son xəbərlər
13:10
Ötən ay ölkədən çıxışı qadağan edilən 797 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
Hadisə13:06
Yaponiya Müdafiə Nazirliyi: Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edirik
Digər ölkələr13:06
Azərbaycan və Türkiyə səfirləri Özbəkistanda əməkdaşlığın inkişafını müzakirə ediblər
Xarici siyasət13:06
İyul ayında dövlət sərhədini pozduğuna görə 26 nəfər saxlanılıb
Hadisə13:02
AÇG üzrə əsaslı xərclər 31 %-dən çox artıb
Energetika12:59
Foto
Ceyhun Bayramov Ukraynanın İrpen şəhərinə gəlib
Xarici siyasət12:56
AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi 33 %-dən çox artıb
Energetika12:55
Ceyhun Bayramov Kiyevdə Sibiqa ilə danışıqları məhsuldar adlandırıb
Xarici siyasət12:51