Aleksandr İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçilib
Futbol
- 19 dekabr, 2025
- 21:19
İngiltərənin "Liverpul" klubunun hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatını qazanıb.
"Report" xəbər verir ki, futbolçuya mükafat İsveç Futbol Assosiasiyası və "Aftonbladet" qəzeti ilə əməkdaşlıq çərçivəsində təqdim olunub.
2025-ci ildə 26 yaşlı İsak "Nyukasl", "Liverpul" və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. O, mükafat uğrunda "Arsenal"ın hücumçusu Viktor Dyekereşi geridə qoyub.
Qeyd edək ki, İsak bu ilin sentyabrında 145 milyon avroya "Nyukasl"dan "Liverpul"a transfer olunub. O, cari mövsüm "mersisaydlılar"ın heyətində bütün turnirlərdə 15 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Son xəbərlər
00:47
ABŞ-də Epşteyn işi ilə bağlı sənədlərin açıqlanacağı tarix bəlli olub
Digər ölkələr00:21
ABŞ çinli tədqiqatçını bağırsaq çöpü qaçaqmalçılığında ittiham edib
Digər ölkələr23:52
Türkiyənin Diyarbəkir vilayətində polisə atəş açılıb, dörd nəfər saxlanılıb
Region23:36
Arizona ştatındakı hərbi bazada atışma baş verib
Digər ölkələr23:17
İsraillə Livan təhlükəsizlik və iqtisadi məsələlərlə bağlı görüş keçirib
Digər ölkələr22:53
KİV: Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Digər ölkələr22:41
IFFHS 2025-ci il üçün ən yaxşı qapıçının adını açıqlayıb
Futbol22:41
Foto
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirilib
Xarici siyasət22:31