Afrika Millətlər Kubokunun qalibi bəlli olub
- 19 yanvar, 2026
- 02:06
Mərakeşdə keçirilən futbol üzrə Afrika Millətlər Kubokunun final matçında Seneqal əlavə vaxtda Mərakeşi 1:0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, oyunda yeganə qolu 94-cü dəqiqədə Pap Qeye vurub.
Görüşün əsas vaxtı qolsuz yekunlaşıb və əlavə 30 dəqiqə oynanılıb. Əlavə vaxtda Seneqalın qolu VAR-ın müdaxiləsindən sonra qeydə alınmayıb və komandanın qapısına penalti təyin edilib.
Seneqal millisinin baş məşqçisi, Moskva "Dinamo"sunun keçmiş oyunçusu Pap Tiyav etiraz əlaməti olaraq komandanı meydandan çıxarıb.
15 dəqiqə sonra seneqallı futbolçular meydana qayıdıb və qapıçı Eduard Mendi Brahim Diasın penalti zərbəsini dəf edib.
Seneqal millisi Afrika Millətlər Kubokunu ikinci dəfə qazanıb. Onlar ilk dəfə 2021-ci ildə titula yiyələniblər.
Üçüncü yer uğrunda matçda Nigeriya Misiri məğlub edib (0:0, penaltilərdə 4:2).
Brahim Dias 5 qol vuraraq turnirin ən məhsuldar futbolçusu olub.