AFFA-nın vitse-prezidenti İspaniya millisinin oyununda FIFA komissarı olacaq

Futbol
  • 12 noyabr, 2025
  • 14:36
AFFA-nın vitse-prezidenti İspaniya millisinin oyununda FIFA komissarı olacaq
Könül Mehdiyeva

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

"Report" xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də keçiriləcək Gürcüstan – İspaniya oyununun FIFA komissarı olacaq.

E qrupunun qarşılaşması Tbilisidə yerləşən Boris Payçadze adına stadionda təşkil olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti