AFFA-nın maraqlandığı hücumçu het-trik etdi
Futbol
- 05 fevral, 2021
- 14:43
Ukraynanın "Minay" klubu Türkiyədəki təlim-məşq toplanışını başa vurub.
"Report"un məlumatına görə, Premyer Liqa təmsilçisi hazırlıq prosesindəki son yoxlama matçında I liqada çıxış edən "Veres"lə üz-üzə gəlib.
Görüş elita klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Minay"ın heyətində qollardan 3-nü azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub. 25 yaşlı forvard 19, 34 və 75-ci dəqiqələdə fərqlənib. Oyunda son nöqtəni isə 88-ci dəqiqədə Andrey Tkaçuk qoyub.
Qeyd edək ki, AFFA Anatoli Nuriyevi Azərbaycan millisinə cəlb etmək üçün onunla danışıqları davam etdirir. Futbolçunun özü də yığmamızda oynamaqda maraqlıdır. Hazırda Antalyada olan yığmanın baş məşqçisi Canni De Byazi də oyunçunun çıxışını yaxından izləyir.
Son xəbərlər
12:43
Güləş üzrə dünya çempionatı: Azərbaycanın ilkin heyəti açıqlanıb
Komanda12:38
Sabah çimərliklərdə 26 dərəcə isti gözlənilir
Ekologiya12:36
Azərbaycan XİN San-Tome və Prinsipi Demokratik Respublikasını təbrik edib
Xarici siyasət12:25
Sabah Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq
Ekologiya12:15
Foto
Video
FHN "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib
Daxili siyasət12:12
Hacıqabulda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Hadisə11:56
Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi sonuncu oyununa çıxacaq
Komanda11:50
Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub
ASK11:38