AFFA "Neftçi" və AZAL klublarını cəzalandırıb
Futbol
- 10 fevral, 2015
- 09:35
Bakı. 10 fevral. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunu 1500 manat cərimələyib. "Report"un məlumatına görə, buna paytaxt klubunun həm əsas, həm də əvəzedici komandasının 4 futbolçusunun Zaqatala "Simurq"u ilə görüşlərdə sarı vərəqə alması səbəb olub.
Əsas heyət futbolçuları klubu 1000 manat, əvəzedicilər isə 500 manat ziyana salıb.
İntizam Komitəsi paytaxtın AZAL klubunu da cəzasız qoymayıb. "Qəbələ" ilə oyunun 78-ci dəqiqəsində "təyyarəçilər"in futbolçusu Viktor İqbekoyi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub. İqbekoyi fevralın 11-də "Qarabağ"la oyunu buraxmalı olacaq.
Son xəbərlər
09:26
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.07.2026)
Maliyyə09:16
Foto
Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
İdman09:12
BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb
Daxili siyasət09:00
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
Komanda08:52
Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə08:49
İran BMT Təhlükəsizlik Şurasını fəaliyyətsizlikdə ittiham edib
Region08:27
Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır
Energetika08:23
Venesuela zəlzələdən sonrakı bərpa işləri üçün BVF-dən maliyyə vəsaiti alıb
Digər ölkələr08:05