AFFA-dan AVRO-2020 açıqlaması
Futbol
- 16 oktyabr, 2020
- 10:47
"Son günlər beynəlxalq və yerli mediada AVRO-2020-nin yeni formatı ilə bağlı müxtəlif fikirləri eşidirik. Bugünədək UEFA-dan AFFA-ya aydınlaşdırma məqsədilə heç bir müraciət və sorğu daxil olmayıb"
Bunu "Report"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıdan alınacağı ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
O bildirib ki, UEFA İcraiyyə Komitəsinin son qərarına əsasən AVRO-2020 Bakı da daxil olmaqla, 12 şəhərdə təşkil olunacaq: "Qurumdan hər hansı məlumat alsaq, ictimaiyyətə bildirəcəyik".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.
Son xəbərlər
05:53
DÇ-2026: Haiti - Şotlandiya oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
Futbol05:24
ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, meşə yanğını başlayıb
Digər ölkələr05:07
Karlo Ançelotti: "Mərakeşlə matçdakı heç-heçədən razıyam"
Futbol04:36
Braziliya - Mərakeş oyununun ən yaxşı futbolçusu açıqlanıb
Futbol04:05
DÇ-2026: Braziliya Mərakeşlə bərabərə qalıb - YENİLƏNİB-5
Futbol03:59
Rəsmi Pxenyan: Ölkənin nüvəsizləşdirilməsi məsələsi artıq bağlanıb
Digər ölkələr03:15
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
Digər ölkələr03:06
FIFA Misir millisinin formasında dəyişiklik edilməsini istəyib
Futbol02:41
Video