ABŞ-da çıxış edən azərbaycanlı futbolçu zədələndi
Futbol
- 23 iyun, 2021
- 05:40
ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən azərbaycanlı futbolçu Rüfət Dadaşov zədələnib.
"Report"un məlumatına görə, 30 yaşlı hücumçu Milli Futbol Liqasında (USL) "San Dieqo Loyal"a səfərdə 1:2 hesabı ilə uduzduqları görüşdə xəsarət alıb.
Dadaşov görüşün 59-cu dəqiqəsində əvəzlənməli olub. Forvardın sümüyü əzəlib və o, son iki gündə komanda ilə məşqlərə qoşula bilməyib.
Oyunçunun iyunun 27-də "Sakramento" ilə qarşılaşmanı buraxacağı gözlənilir.
Qeyd edək ki, Rüfət Dadaşov 2020-ci ilin yanvarında ABŞ klubuna keçib. O, 2013 - 2020-ci illərdə Azərbaycan millisinin də formasını geyinib.
Son xəbərlər
17:20
Naxçıvanın Ombudsmanı: Ötən il muxtar respublikada 9634 nəfərin müraciətinə baxılıb
Daxili siyasət17:16
Macarıstan Ukraynaya dizel yanacağı ixracına qadağa qoyub
Digər ölkələr17:16
AQTA Ramazan ayında düzgün qidalanmaqla bağlı məlumat yayıb
Sağlamlıq17:11
Azərbaycan bankları "Bloomberg" ticarət sistemindəki əməliyyatların sayını 3 %-ə yaxın azaldıb
Maliyyə17:07
Bakıda mənzildən 30 min manatlıq qızıl-zinət oğurlamaqda təqsirləndirilən şəxs həbs olunub
Hadisə17:05
Norveç təmsilçisi Olimpiadalar tarixində ən çox qızıl medal qazanan ikinci idmançı olub
Futbol16:57
Foto
Sahil Babayev İctimai şura üzvləri ilə görüşüb
Maliyyə16:55
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya16:55