2021-ci ilin ən yaxşı yığma baş məşqçisi açıqlanıb
Futbol
- 06 dekabr, 2021
- 05:00
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı yığma baş məşqçisini açıqlayıb.
"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini layiq görülüb.
57 yaşlı mütəxəssis 225 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina seçməsindən Lionel Skaloni 30 xalla ikinci, Fransa yığmasının baş məşqçisi Didye Deşam 25 xalla üçüncü yeri tutub.
Əlcəzair komandasının sükanı arxasında olan Camel Belmadi və Braziliya millisindən Tite 15 xalla 4-5-ci yerləri bölüşdürür.
Qeyd edək ki, İtaliya yığması bu il keçirilmiş Avropa çempionatının qalibi olub.
Son xəbərlər
04:16
Foto
Azərbaycan səfiri etimadnaməsinin surətini Meksikanın XİN rəsmisinə təqdim edib
Xarici siyasət03:48
KXDR Cənubi Koreyanı hava məkanına müdaxilədə ittiham edib
Digər ölkələr03:06
Kaya Kallas: Aİ azadlıq uğrunda mübarizədə İran xalqı ilə həmrəydir
Digər ölkələr02:41
Vaşinqton və Kiyev Ukraynanın müharibədən sonra bərpası üçün 800 milyard dollarlıq saziş imzalayacaq
Digər ölkələr02:02
Tramp: ABŞ bu və ya digər şəkildə Qrenlandiyaya sahib olacaq
Digər ölkələr01:38
Tramp: ABŞ Venesuela hakimiyyəti ilə koordinasiyalı şəkildə neft tankerini saxlayıb
Digər ölkələr01:25
Video
Qərbi Azərbaycan Xronikası: Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb
Daxili siyasət00:49
Papoyan Azərbaycanla sülh prosesinin ilk iqtisadi nəticələri barədə danışıb
Region00:12