Serxio Peres: "Şəhər treklərini sevirəm, hədəfim Bakıda qalib gəlməkdir"
Formula 1
- 28 aprel, 2023
- 05:11
"Hamı mənim şəhər treklərini nə qədər sevdiyimi bilir. Ona görə də məqsədim dəyişməz olaraq qalır. Hədəf qalib gəlməkdir".
"Report" "Checkered Flag" nəşrinə istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Serxio Peres Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
33 yaşlı sürücü ötən mövsüm Bakıda yaxşı nəticə göstərdiklərini bildirib: "Yeni həftəsonu formatı işləri bir az çətinləşdirəcək. Lakin bütün komandalar üçün eyni vəziyyətdir. Bu səbəbdən sadəcə, Qran-priyə yaxşı start verməliyik. Yenidən sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, bu gün "Formula 1"də sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Bakıda əsas yarış aprelin 30-da baş tutacaq.
Son xəbərlər
01:07
Qətərdə fabrikdə partlayış baş verib
Digər ölkələr01:01
Foto
DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
Futbol00:43
Əl Şaraa Livanın xilası üçün "Hizbullah" ilə danışıqlara hazırdır
Digər ölkələr00:28
Yorqos Donis: "İspaniyanı dayandıracaq qədər güclü deyildik"
Futbol00:21
Luis de la Fuente: "Qazandığımız qələbə qarşıdakı matçlara inamla hazırlaşmağa imkan verir"
Futbol00:11
Makron: Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib
Digər ölkələr23:46
Starmer iyunun 22-də vəzifədən gedəcəyi tarixi açıqlayacaq
Digər ölkələr23:22
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
Region22:57