Ferstappen Bakıda liderliyini möhkəmləndirib
Formula 1
- 29 aprel, 2023
- 15:13
"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günün ardından "Red Bull" pilotu Maks Ferstappen turnir cədvəlində liderliyini möhkəmləndirib.
"Report" xəbər verir ki, sprint yarışında üçüncü yeri tutan niderlandlı sürücü 6 xal qazanıb.
Hazırda onun 75 xalı var.
Sprintdə qalib olan və 8 xal əldə edən "Red Bull"un digər pilotu Serxio Peres (62 xal) ikincidir.
İlk "3-lüy"ü bugünkü mübarizəni altıncı sırada başa vuran və 3 xal qazanan "Aston Martin" komandasından Fernando Alonso (48 xal) qapayır.
Yarışı ikinci sırada bitirən və aktivinə 7 xal əlavə edən "Ferrari"dən Şarl Lekler (13 xal) səkkizinci pilləyə yüksəlib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.
Son xəbərlər
03:00
DÇ-2026: Qana - Panama oyunu başlayıb
Futbol02:50
Stalinin imzaladığı sənəd hərracda təxminən 14 min dollara satılıb
Digər ölkələr02:27
Fidan Rusiyada keçirdiyi görüşlərdə Türkiyənin Cənubi Qafqazda sülh səylərinə dəstəyini yeniləyib
Region02:01
İngiltərə DÇ-2026-ya Xorvatiya üzərində böyükhesablı qələbə ilə başlayıb - YENİLƏNİB-8
Futbol01:59
Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb
Digər ölkələr01:47
Tramp ABŞ hərbçilərinin Fars körfəzi bölgəsində müvəqqəti qalacaqlarını bəyan edib
Digər ölkələr01:12
Bakının üç rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika01:04
Konqonun baş məşqçisi Sebastyen Desabr: "Futbolçularımla fəxr edirəm"
Futbol00:45