Lando Norris ilk komandası ilə keçirdiyi yarışların sayına görə rekorda imza atıb

Formula 1
  • 23 noyabr, 2025
  • 13:05
Lando Norris ilk komandası ilə keçirdiyi yarışların sayına görə rekorda imza atıb

"Maklaren"in 26 yaşlı britaniyalı pilotu Lando Norris ilk komandası ilə keçirdiyi yarışların sayına görə rekorda imza atıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, sürücü bu nailiyyəti ABŞ-də təşkil olunan Las-Veqas Qran-prisindən sonra əldə edib.

Norris "Formula 1" tarixində birinci komandası ilə 150 yarış keçirən ilk pilot olub. O, 2019-cu ildə Avstraliya Qran-prisində "Maklaren"də debüt etmişdi.

Qeyd edək ki, L.Norris Las-Veqas Qran-prisini ikinci yerdə tamamlayıb. Yarışın qalibi Maks Ferstappen olub. Üçüncü yeri Corc Rassel tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti