Azərbaycan Qran-prisi: "Formula 2"də sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB

Formula 1
  • 20 sentyabr, 2025
  • 15:05
Azərbaycan Qran-prisi: Formula 2də sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB

Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.

"Report"un məlumatına görə, "Hıtech TGR"dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub. "Rodin Motorsport"dan Aleks Dann ilk "3-lüy"ü tamamlayıb.

Ötən gün "Formula 2"nin sərbəst yürüşündə Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

"Report"un məlumatına görə, mübarizəyə saa 14:15-də start verilib.

Ötən gün "Formula 2"nin sərbəst yürüşündə "Rodin Motorsport" komandasından Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti