“Formula 1” üzrə Avstraliya Qran-prisinin qalibi bəlli olub
Formula 1
- 24 mart, 2024
- 05:52
“Formula 1” üzrə Avstraliya Qran-prisinə yekun vurulub.
“Report”un məlumatına görə, mövsümün üçüncü mərhələsində qalib adını “Ferrari” komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns qazanıb.
İkinci yeri “Ferrari” komandasının digər sürücüsü Şarl Lekler tutub. İlk üçlüyü “McLaren”dən britaniyalı Lando Norris tamamlayıb.
Hazırkı dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen dördüncü dövrədə əyləc diskinin yanması səbəbindən yarışdan çıxıb.
Həmçinin “Mercedes”in britaniyalı pilotları Lüis Hemilton və Corc Rassel yarışı tamamlaya bilməyiblər.
“Formula 1”in növbəti mərhələsi aprelin 5-dən 7-dək Yaponiyada keçiriləcək.
Son xəbərlər
03:05
Türkiyədə kimya zavodunda partlayış olub, xəsarət alanlar var
Region02:43
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib
Digər ölkələr02:17
Meksika millisinin baş məşqçisi Xavier Aqirre: "İlk yarıda elə də yaxşı oynamadıq"
Futbol02:11
CAR millisinin baş məşqçisi Hüqo Bros: "Meksikaya qarşı pis çıxış etmədik"
Futbol02:03
Foto
DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb
Futbol01:43
Tramp Netanyahu ilə İranla razılaşmaları müzakirə edib
Digər ölkələr01:26
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Futbol01:04
Foto
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
Futbol00:35