“Formula 1” üzrə dünya çempionu ən yaxşı pilotların adlarını açıqlayıb
Formula 1
- 26 aprel, 2024
- 07:41
“Formula 1” üzrə dördqat dünya çempionu Sebastyan Fettel ən yaxşı pilotların adlarını açıqlayıb.
“Report” “Marca”ya istinadən xəbər verir ki, 36 yaşlı almaniyalı sürücü Mixael Şumaxer və Luis Hemiltonu tarixin ən yaxşı pilotarı hesab edib.
“Onlar tarixin ən güclüləridir. Bunu mən yox, statistika deyir. Şumaxeri hər zaman özümə kumir görmüşəm. Yarışlarda ən çətin rəqibim isə Fernando Alonso olub. Onunla yarışmaq çox çətindir”, - deyə Fettel vurğulayıb.
Qeyd edək ki, Sebastyan Fettel karyerasını 2022-ci ildə başa vurub. Almaniyalı pilotun hesabında ümumilikdə 53 qələbə var. O, BMW, "Toro Rosso", "Red Bull", "Ferrari" və "Aston Martin" komandalarında çıxış edib.
Son xəbərlər
08:42
Tramp: ABŞ Xameneinin dəfn mərasimi ilə bağlı İranla danışıqları dayandırıb
Digər ölkələr08:11
Fransa Hörmüz boğazında hərbi mövcudluğunu saxlayıb
Digər ölkələr07:39
Kolumbiya - Qana matçının ən yaxşı futbolçusu Luis Dias olub
Futbol07:32
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
Futbol07:32
DÇ-2026: Qananı məğlub edən Kolumbiya 1/8 finala çıxan sonuncu komanda olub - YENİLƏNİB-4
Futbol07:32
İranda Əli Xamenei ilə vida mərasimi davam edir
Region07:03
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Xarici siyasət06:33
Venesuelada "Sunami" ləqəbli axtarış iti zəlzələdən sonra 26 nəfəri xilas edib
Digər ölkələr06:01