"Formula 1" məşhur şirkətlə müqavilənin müddətini uzadıb

Formula 1
  • 10 oktyabr, 2023
  • 13:07
Formula 1 məşhur şirkətlə müqavilənin müddətini uzadıb

"Formula 1" təkər tədarükçüsü "Pirelli" şirkəti ilə müqavilənin müddətini uzadıb.

"Report" yarışın rəsmi "X" hesabına istinadən xəbər verir ki, yeni sözləşmə 2027-ci ilə qədər qüvvədə olacaq.

Müqavilə müddətinin daha bir il artırılması mümkündür.

Qeyd edək ki, "Pirelli" 2011-ci ildən "Formula 1" ilə əməkdaşlıq edir.