FIA “Formula 1” yarışında mövsümün manevrini açıqlayıb

Formula 1
  • 09 dekabr, 2023
  • 08:11
FIA “Formula 1” yarışında mövsümün manevrini açıqlayıb

Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula 1” üzrə dünya çempionatında 2023-cü il mövsümünün manevrini açıqlayıb.

“Report” xəbər verir ki, qurum Braziliya Qran-prisinin son dövrəsində “Aston Martin” komandasının pilotu Fernando Alonso ilə “Red Bull”un sürücüsü Serxio Peres arasında yarış ilin manevri seçilib.

San-Pauloda baş tutan mərhələ zamanı trasın son döngələrinin birində Alonso Peresi geridə qoyub. Meksikalı mövqeyini qaytarmağa çalışsa da, yekunda ispaniyalı rəqibini 0,053 saniyə qabaqlayıb. Nəticədə həmin Qran-pridə Fernando Alonso 3-cü, Serxio Peres isə 4-cü yeri tutub.

Qeyd edək ki, FIA-nın Baş Assambleyasının yekun iclası və mükafatlandırma mərasimi Bakıda təşkil olunub. “Formula 1”də 2023 mövsümünün qalibi adına isə “Red Bull”un pilotu Maks Ferstappen yiyələnib.