Azərbaycan Qran-prisinin qalibi ilə bağlı qərar verilib
Formula 1
- 30 avqust, 2023
- 06:40
Bu mövsüm “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisini qazanan “Red Bull” komandasının pilotu Serxio Peresin gələcəyi ilə bağlı qərar verilib.
“Report” xəbər verir ki, meksikalı sürücünün komandadan ayrılacağı barədə xəbərlər yayılsa da, “Red Bull”un direktoru Kristian Hörner məlumatı təkzib edib.
O, Peresin hələ birillik müqaviləsinin qüvvədə olduğunu və 33 yaşlı idmançının 2024-cü il mövsümündə də komandada yer alacağını açıqlayıb.
Qeyd edək ki, Serxio Peres bu mövsüm Azərbaycan və Səudiyyə Ərəbistanı Qran-prilərinin qalibi olub. O, hazırda pilotların yarışında 201 xalla ikinci pillədə qərarlaşıb. Lider Peresin komanda yoldaşı Maks Ferstappendir (339 xal).
Son xəbərlər
16:48
Rusiyada meşə təsərrüfatı işləri aparan helikopterlə əlaqə kəsilib
Region16:20
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
Region16:11
Norveç vətəndaşlığını almaq çətinləşdirilir
Digər ölkələr16:07
ABŞ-İran danışıqları başlayıb – YENİLƏNİB
Digər ölkələr16:00
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
Futbol15:47
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
Digər ölkələr15:23
Uşaqlarla bağlı rəqəmsal təhlükəsizlik artıq təkcə ailələrin deyil, dövlətlərin də diqqət mərkəzindədir - RƏY
Daxili siyasət15:11
Bakı və Aşqabad Xəzərdə əməkdaşlığı gücləndirmək niyyətindədirlər
Xarici siyasət15:09