Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
Fərdi
- 05 noyabr, 2023
- 09:52
Azərbaycan Velosiped Federasiyası (AVF) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində 8 Noyabr - Zəfər Günü münasibətilə veloyürüş keçirilib.
“Report” xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəyə həsr olunan veloyürüşdə Azərbaycan millisinin, AVF-nin, MSN-in Velosiped İdman Klubunun üzvləri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, digər peşəkar və həvəskar velosipedçilər iştirak ediblər.
Ümumilikdə 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start götürərək, təyin olunmuş marşrut üzrə 2 dairə vurublar.
İştirakçılar sonda xatirə şəkli çəkdiriblər.
Son xəbərlər
10:05
Ötən il İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 16 %-ə yaxın artıb
Maliyyə10:01
Foto
Azərbaycan ilə Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Hərbi10:01
Dövlət xidmətində korrupsiya halları ilə bağlı 88 nəfər barəsində iş Baş Prokurorluğa göndərilib
Hadisə09:52
Yulian Naqelsmann Almaniya yığmasının baş məşqçi postundan ayrılıb
Futbol09:52
Ramin Məmmədov Özbəkistanda keçiriləcək I Beynəlxalq İslam Forumunda iştirak edəcək
Xarici siyasət09:46
"AzerGold" ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Sənaye09:45
Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb
Energetika09:43
Perişiç Xorvatiya millisində dünya çempionatlarında ən çox qol vuran futbolçu olub
Futbol09:42