Zəfər Gününə həsr olunan ölkə birinciliyi keçirilir
Fərdi
- 02 noyabr, 2023
- 10:31
Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan ölkə birinciliyinə start verilib.
Federasiyadan "Report"a verilən məlumata görə, “Şüa" İdman Kompleksində keçirilən yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın stolüstü tennisçi bacarığını göstərir.
Turnirin təşkilində əsas məqsəd Azərbaycan tarixinin ən önəmli səhifələrindən sayılan Zəfər Gününün təbliği və uşaqlarda vətənpərvərlik hissinin aşılanmasıdır.
İki gün davam edəcək yarışlar həmçinin yeni istedadların üzə çıxarılması baxımından da əhəmiyyətlidir.
Qeyd edək ki, fərqlənən idmançılara AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.
Son xəbərlər
15:22
Foto
Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyədə beynəlxalq festivalda çıxış edib
Mədəniyyət15:13
"OPEC+" ölkələri avqust ayı üçün neft hasilatını artırıb - YENİLƏNİB
Energetika14:50
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
Hadisə14:44
Paşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Region14:28
Klopp Almaniya yığmasının baş məşqçisi olacaq
Futbol14:13
Estoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb
Digər ölkələr13:59
UKMTO: Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum ediblər
Digər ölkələr13:47
Foto
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
Xarici siyasət13:30
Foto