Yannik Sinner "Masters" turnirində yeni rekord müəyyənləşdirib
Fərdi
- 14 may, 2026
- 17:17
Dördqat "Böyük Dəbilqə" çempionu Yannik Sinner "Masters" seriyalı turnirlərdə ardıcıl 32-ci qələbəsini qazanmaqla yeni rekorda imza atıb.
"Report" xəbər verir ki, italyalı tennisçi bu göstərici ilə serbiyalı Novak Cokoviçi (31) geridə qoyub.
O, bu formatlı turnirlər tarixində ən uzun qələbə seriyasına imza atıb.
Y.Sinner rekorda səbəb olan qələbəsini İtaliyanın paytaxtı Romada keçirilən turnirin 1/4 finalında qazanıb. O, dünya reytinqində 14-cü pillədə qərarlaşan rusiyalı Andrey Rublyovu 6:2, 6:4 hesabı ilə məğlub edib.
İtaliyalı tennisçi finala vəsiqə uğrunda matçda Daniil Medvedev (Rusiya) – Martin Landalus (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Son xəbərlər
09:30
"Ferrum Kapital" 1 milyon manatlıq istiqraz buraxır
Maliyyə09:27
Bakıdakı dünya çempionatında bu gün Azərbaycanın 5 güləşçisi çıxış edəcək
Fərdi09:25
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Daxili siyasət09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.07.2026)
Maliyyə08:56
UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb
Fərdi08:45
"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb
Elm və təhsil08:34
Rusiyanın hücumları nəticəsində Zaporojyedə ölən və yaralananlar var
Digər ölkələr08:21
Bakının bəzi yollarında tıxac müşahidə olunur
İnfrastruktur08:10