Türkiyəli güləşçi: "Azərbaycan millisi dünyada özünü sübut edib"
Fərdi
- 15 yanvar, 2021
- 05:38
Türkiyəli yunan-Roma güləşçisi Cenk İldem Azərbaycan millisi ilə keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.
"Report" xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı yerli mətbuata açıqlamasında hazırlıq prosesinin çox faydalı olduğunu bildirib.
35 yaşlı güləşçi Azərbaycan seçməsinin dünyada özünü sübut etdiyini vurğulayıb: "Biz də eləyik. Azərbaycan yığması ilə aramızda səmimi münasibət var. Bakıya gedəndə bizi öz vətəndaşları kimi qarşılayırlar. Biz də elə etdik. Onların dünya və Avropa çempionatlarında medal qazanan çox idmançıları var".
Qeyd edək ki, Azərbaycan və Türkiyə yığmaları 15 - 17 yanvarda Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak edəcək.
Son xəbərlər
15:33
Foto
Şəhid övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb
Sosial müdafiə15:31
Kuçkarov: "Azərbaycan Özbəkistan üçün logistika baxımından əhəmiyyətə malikdir" - EKSKLÜZİV
İqtisadiyyat15:30
Zeynal Nağdəliyev: "Yeni Dövlət Proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"
ASK15:28
"Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov: "Komanda hər mövsüm iddiası ilə seçilir"
Futbol15:27
Azərbaycanın turizm xidmətləri balansında I rübdə 7 milyon dollarlıq profisit yaranıb
Maliyyə15:21
Hakan Fidan: Azərbaycan-Ermənistan arasındakı normallaşma prosesindən məmnunuq
Region15:18
ICD Mərkəzi Asiyanı Şərq və Qərb arasında gələcək əlaqələndirici həlqə adlandırıb
İnfrastruktur15:17
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
İnfrastruktur15:16
Foto