Tokio-2020: Boksçu rəqibinin qulağını dişləmək istəyib
Fərdi
- 27 iyul, 2021
- 11:47
Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları zamanı qeyri-adi hadisə baş verib.
"Report" xəbər verir ki, Yunes Baala (Mərakeş) və Devid Nyika (Yeni Zelandiya) arasındakı 1/8 final görüşündə mərakeşli idmançı rəqibinin qulağını dişləməyə çalışıb. Təkrar kadrlarda da Baalanın bu istəyi açıq-aşkar görünüb.
Buna görə idmançıya heç bir cəza verilməyib. Döyüş Nyikanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 1997-ci ildə ABŞ-ın peşəkar boksçusu Mayk Tayson həmyerlisi Evander Holifildlə döyüş zamanı onun qulağını dişləyərək, bir hissəsini qoparıb. Həmin görüş davam etdirilməyib. Tayson diskvalifikasiya olunub və 3 milyon dollar cərimələnib.
Son xəbərlər
23:52
Suriya Hörmüz boğazına paralel dəniz yolu şəbəkəsi təklif edir
Digər ölkələr23:33
Video
Prezidentin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət23:27
Pezeşkian: Lazım olsa, SEPAH-a 100 milyon barel neft verəcəm
Region23:17
Foto
Video
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət23:08
Foto
İlham Əliyevin Ursula Fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Xarici siyasət22:48
Venesuelada zəlzələ səbəbindən ölənlərin sayı 2 mini ötüb
Digər ölkələr22:35
Vüqar Bayramov: Vacib istiqamətlərdən biri kağızsız hökumət modelinə keçiddir
Daxili siyasət22:25
Azərbaycanın TOP-10 özəl şirkətinin qeyri-neft ixracı 2 dəfədən çox artıb
Biznes22:23
Video