Tokio-2020: Azərbaycanın 5 paralimpiyaçısı mübarizə aparacaq
Fərdi
- 29 avqust, 2021
- 20:00
Bu gün Azərbaycanın 5 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
"Report"un məlumatına görə, yarışın növbəti günündə 3 atlet və 2 pauerliftinqçi qüvvəsini sınayacaq.
Səid Nəcəfzadə və Kamil Əliyev uzunluğa tullanma, komandanın bayraqdarı Oloxan Musayev disk atma növündə çıxış edəcək. Atletika yarışları Bakı vaxtı ilə saat 04:34-də start götürəcək. Musayev daha əvvəl nüvə itələmədə 5-ci yeri tutub.
Pauerliftinqçilərdən Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (+107 kq) medal qazanmağa çalışacaq. Hüseynov Bakı vaxtı ilə saat 06:00-da, Aslanov isə 13:30-da mübarizəyə başlayacaq.
Qeyd edək ki, hazırda aktivində 9 qızıl və 3 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 7-ci pillədə qərarlaşıb.
Son xəbərlər
09:16
Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar
Komanda09:14
Həftəsonu 365 nəfər imtahan verəcək
Elm və təhsil09:10
Meksika millisinin baş məşqçisi Xavyer Aqirre: "Cənubi Koreya ilə oyun bizim üçün çətin alındı"
Futbol09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.06.2026)
Maliyyə09:02
Meksika millisi dünya çempionatları tarixində ən yaxşı göstəricisinə imza atıb
Futbol09:01
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (19.06.2026)
Maliyyə08:59
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Daxili siyasət08:53
ÜST Ebolanın yeni ştammına qarşı peyvəndin hazırlanmasını sürətləndirir
Sağlamlıq08:36