Teymur Rəcəbov yenidən İddiaçılar Turnirində - RƏSMİ
Fərdi
- 25 may, 2021
- 06:34
Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumat yayıb.
34 yaşlı qrossmeyster 2019-cu ildəki Dünya Kubokunun qalibi kimi yarışa dəvət alıb. Qərarı FIDE Şurasının üzvləri qəbul edib.
Turnirin digər iştirakçıları hələ müəyyənləşməyib.
İddiaçılar turnirinin son qalibi rusiyalıYan Nepomnyaşi olub.
Qeyd edək ki, Teymur Rəcəbov koronavirusun yayılması səbəbindən ötən il bu turnirdən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərindəki yarış 2020-ci martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.
Son xəbərlər
03:08
DÇ-2026: Norveçin İraq qarşısında üstünlüyü davam edir - YENİLƏNİR-5
Futbol03:03
Seneqal millisinin baş məşqçisi: "Fransa keyfiyyəti hesabına oyunda gedişatı dəyişdi"
Futbol02:37
Didye Deşam: "Seneqal ilk hissədə bizə çətinlik yaratdı"
Futbol02:37
Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzi ölkələrini əhatə edəcək
Digər ölkələr02:15
Türkiyə parlamentinin iş müddəti uzadılıb
Region01:37
Paris və Kiyev müdafiə innovasiyaları sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Digər ölkələr01:30
Rəşad Sadıqov: "Konfrans Liqasındakı rəqibimiz çox təcrübəli komandadır"
Futbol01:29
Maykl Olise Fransa - Seneqal matçının ən yaxşı futbolçusu olub
Futbol01:25