Teymur Rəcəbov yarımfinalda mübarizəyə başlayır
Fərdi
- 11 fevral, 2021
- 05:27
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirəcək.
"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.
Rəcəbov 1/4 finalda niderlandlı Aniş Girini, So isə polşalı Yan Kşiştof Dudanı mübarizədən kənarlaşdırıb.
Yarımfinal görüşləri əvvəlki raund kimi iki gün davam edəcək. Onlar hər gün 4 oyun keçirəcəklər. İki gündə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.
Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı sınağa çəkəcək.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
Son xəbərlər
21:29
ABŞ Energetika Nazirliyi: İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçib
Digər ölkələr21:15
Foto
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə daha bir qol vurub - YENİLƏNİR-5
Futbol21:09
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub
Futbol20:52
"Qarabağ" Martin Zlomisliçi transfer edib
Futbol20:45
"Tasnim": İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını tərk edib - YENİLƏNİB-2
Digər ölkələr20:41
Qalibaf Trampın təhdidlərinə cavab verib
Region20:31
Fransanın 49 departamentində istilərə görə qırmızı təhlükə səviyyəsi elan edilib
Digər ölkələr20:22
"Tasnim": İsrail Livandan geri çəkilməsə, ABŞ ilə danışıqlar dayandırılacaq
Region20:01