Teymur Rəcəbov: "Çempionlar Turu mənə xoş anlar yaşatdı"
Fərdi
- 05 oktyabr, 2021
- 06:37
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda ikinci mövsümün başlayacağı tarix açıqlanıb.
"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, turnir 2022-ci ilin fevralında start götürəcək.
Onlayn yarışın ilk mövsümündə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov 2-ci, Şəhriyar Məmmədyarov isə 10-cu yeri tutub. Çempionlar Turunun qalibi isə Maqnus Karlsen olub. Karlsen 100 000 ABŞ dolları, Rəcəbov 60 000 dollar, Məmmədyarov isə 5 000 dollar qazanıb.
Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında göstərdiyi nəticədən məmnun olduğunu söyləyib: "Mənim üçün çətin il oldu. Bu yarış həqiqətən mənə xoş anlar yaşatdı. Çempionlar Turu ilə bağlı gözəl xatirələrim var".
Son xəbərlər
18:45
Türkiyədə meşə yanğınları ilə mübarizə vasitələrinin sayı açıqlanıb
Region18:26
Müctəba Xamenei ABŞ və İsraili hədələyib
Region18:13
Ruslan Lunev növbəti dəfə qızıl medal qazanıb
Fərdi17:52
Foto
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb
Media17:50
Almaniya Ukraynaya 50 min zərbə PUA-sının tədarükünü maliyyələşdirəcək
Digər ölkələr17:46
Samur-Abşeron kanalında yeniyetmə batıb
Hadisə17:44
Foto
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib
Hərbi17:30
Avropalı diplomatlar İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsini müzakirə edəcəklər
Digər ölkələr17:10