Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək

Fərdi
  • 23 dekabr, 2025
  • 11:04
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 24–27-si aralığında Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı təşkil olunacaq.

Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu iştirak edəcək.

Gənclər arasında ölkə birinciliyində ümumilikdə 317 (202 oğlan, 115 qız), böyüklər arasında ölkə çempionatında isə 119 (81 kişi, 38 qadın) taekvondoçu mübarizə aparacaq.

2026-cı ilin taekvondo üzrə daxili yarışlarının proqramına uyğun olaraq gənclər arasında ölkə birinciliyində 2009-2011-ci illər, böyüklər arasında isə 2008-ci il təvəllüdlü və daha böyük yaş qruplarına aid idmançılar iştirak edəcəklər.

Gənc oğlanlar 45, 48, 51, 55, 59, 63, 68, 73, 78 və +78 kq, gənc qızlar 42, 44, 46, 49, 52, 55, 59, 63, 68 və +68 kq çəki dərəcələrində yarışacaqlar.

Böyüklər arasında yarışlarda isə kişilər 54, 58, 63, 68, 74, 80, 87 və +87 kq, qadınlar isə 46, 49, 53, 57, 62, 67, 73 və +73 kq çəki dərəcələrində yarışacaqlar.

Çempionatın ilk üç günündə gənclər arasında ölkə birinciliyinin görüşləri keçiriləcək. Böyüklər arasında Azərbaycan çempionatının qarşılaşmaları isə yarışın son günü dekabrın 27-də baş tutacaq.

Qeyd edək ki, yarışın açılış mərasimi 25 dekabr 15.00-da baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti