"SFA Federasiya Kuboku 2025" uğurla başa çatıb

Fərdi
  • 09 noyabr, 2025
  • 21:55
SFA Federasiya Kuboku 2025 uğurla başa çatıb

Azərbaycan Yelkən Federasiyasının (SFA) Yelkən Mərkəzində keçirilən "SFA Federasiya Kuboku 2025" yarışı uğurla yekunlaşıb.

"Report" xəbər verir ki, yarışlar hər gün saat 10:00–17:00 aralığında baş tutub.

Turnir çərçivəsində 9 noyabr saat 18:00-da mükafatlandırma mərasimi keçirilib və qaliblər müxtəlif siniflər üzrə təltif olunublar.

ILCA 4 sinifi

I yer - Davud Babazadə

II yer - Ameliya Əliyeva

III yer - Nəzrin Məmmədova

Optimist Junior sinifi

I yer - Ece Deniz Gursel (ARM Urla, Türkiyə)

II yer - Kamilla Həsənova

III yer - Ayaz Yılmazer

Optimist Qızlar sinifi

I yer - Nehir Uygur (ARM Urla, Türkiyə)

II yer - Emel Məmmədli

III yer - Yağmur Həsənli

Optimist Ümumi sinifi

I yer - Kamal Bəşirli

II yer - Nurlan Ağazadə

III yer - Nehir Uygur (ARM Urla, Türkiyə)

Tədbirdə çıxış edən Federasiya Prezidenti Qüdrət Qurbanov deyib ki, bu il qoşulanlar arasında qızlar çoxdur. O, yarışda iştirak edən bütün yelkənçiləri təbrik edib və qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Q.Qurbanov bildirib ki, Federasiya ölkədə yelkən idmanının inkişafını dəstəkləmək və yeni nəsil idmançılar yetişdirmək məqsədilə fəaliyyətini davam etdirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti