"Səbail" klubu növbəti transferini həyata keçirib
Fərdi
- 09 yanvar, 2017
- 21:26
Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan I Divizionunda mübarizə aparan "Səbail" klubu ikinci futbolçu transferini həyata keçirib.
"Report"un "aslanlar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, son klubu "Zaqatala" olan Ruslan Tağızadədir.
Klub iyirmi üç yaşlı sağ cinah müdafiəçisi ilə 1,5 illik müqavilə imzalayıb. U-17, U-19 və U-21 millilərinin də şərəfini qorumuş Tağızadə karyerası ərzində "Neftçi", "Abşeron", "Sumqayıt", AZAL, "Qəbələ" və "Zaqatala"da çıxış edib.
Qeyd edək ki, "Zaqatala" daha əvvəl 22 yaşlı müdafiəçi Aslan Hüseynovla 1 illik anlaşma əldə edib.
Son xəbərlər
21:37
Video
Tramp: Türkiyə ilə çox yaxşı münasibətlərə malikik
Digər ölkələr21:19
Foto
UEFA Konfrans Liqası: "Zirə" "Torpedo"nun qapısından üçüncü topu keçirib - YENİLƏNİB-6
Futbol21:14
Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB
Hadisə20:54
ABŞ Prezidenti İranla razılaşma bağlamaq istəmədiyini bildirib
Digər ölkələr20:44
Tramp: NATO ölkələrinin əksəriyyəti müdafiə xərclərini ÜDM-in 5 %-dək artırmağa razılaşıb
Digər ölkələr20:36
Foto
Cəlilabadda beş küçəyə şəhidlərin adı verilib
Daxili siyasət20:29
Türkiyə və Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalayıb
Region20:19
ABŞ-nin İrana zərbələri nəticəsində 8 hərbçi ölüb
Digər ölkələr20:12