Ramil Quliyev Bərdədə törədilən terrora biganə qalmadı
Fərdi
- 29 oktyabr, 2020
- 06:16
Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.
"Report"un məlumatına görə, 30 yaşlı idmançı bununla bağlı "Instagram"da paylaşım edib.
O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Quliyev həmçinin sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.
Təcrübəli atlet ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı paylaşım etmişdi.
Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.
Son xəbərlər
18:43
Türkiyədə CHP-nin dörd əyalət təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılıb
Region18:39
Sabah Biləsuvarda 16 mindən çox abonentin qazı kəsiləcək
Energetika18:35
Xmara: Ukrayna Rusiyaya zərbələri genişləndirmək üçün yeni həllər hazırlayır
Digər ölkələr18:30
Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib
Digər ölkələr18:22
Foto
UEFA Avropa Liqası: ÇSKA ilə oyundan öncə "Qarabağ"ın açıq məşqi baş tutub
Futbol18:21
Gürcüstan və Türkiyə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Region18:17
Babək Quliyev Konfrans Liqası matçına təyinat alıb
Futbol18:17
Macarıstanın baş prokuroru istefa verib
Digər ölkələr18:03