Rafael Ağayevin olimpiadadan sonra çıxış edəcəyi ilk yarışın adı bəlli olub
Fərdi
- 21 sentyabr, 2021
- 07:27
Azərbaycanın titullu karateçisi Rafael Ağayevin Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra qatılacağı ilk yarışın adı bəlli olub.
"Report"un Dünya Karate Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançı oktyabrın 1-də Rusiyanın paytaxtı Moskvada start götürəcək Karate1 Premyer Liqa turnirinə qatılacaq.
Üç gün davam edəcək yarışda Azərbaycan 24 idmançı ilə təmsil olunacaq. 5 dünya və 11 qat Avropa çempionunun çəkisində digər azərbaycanlı Fərid Ağayev də mübarizə aparacaq.
Bundan əlavə, ölkənin qadın karateçisi İrina Zaretska 68 kq çəkidə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Rafael Ağayev və İrina Zaretska Tokio olimpiadasında gümüş medal qazanıb.
Son xəbərlər
23:25
Azzedin Unahi Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu seçilib
Futbol23:20
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb
Hadisə23:05
Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Digər ölkələr23:04
DÇ-2026: Kanadaya qalib gələn Mərakeş 1/4 finala yüksələn ilk komanda olub - YENİLƏNİB-5
Futbol22:32
Antonelli "Formula-1" üzrə Böyük Britaniya Qran-prisinin təsnifat mərhələsində qalib olub
Formula 122:05
Foto
"Gənc xilasedici" XII beynəlxalq yarışının qalibləri mükafatlandırılıb
Daxili siyasət22:02
Türkiyədə mikroavtobus dərəyə aşıb, 22 nəfər xəsarət alıb
Region21:51
Çində daşqının fəsadları nəticəsində iki nəfər həlak olub
Digər ölkələr21:34