Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb
Fərdi
- 18 oktyabr, 2021
- 09:09
2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb.
"Report"un məlumatına görə, Yunanıstandakı tarixi Olimpiya bölgəsində təşkil olunmuş mərasim pandemiya səbəbindən azarkeşsiz keçirilib.
Məşəli daşıyan ilk idmançı yunan xizəkçi Yannis İoannis Antoniu olub. Yunanıstandakı estafet bir gün davam edəcək. Məşəl oktyabrın 19-da tarixi "Panatinaikos" stadionunda Çin nümayəndələrinə təhvil veriləcək, daha sonra xüsusi çarter reysi ilə Çinə aparılacaq. Estafet olimpiadanın açılışının gerçəkləşəcəyi fevralın 4-də başa çatacaq.
Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il 4 - 20 fevralda keçiriləcək.
Son xəbərlər
22:33
Əraqçi: Livana hücumların dayandırılması memoranduma daxil edilib
Region22:22
Kabo Verdenin qapıçısı İspaniya ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol22:20
Koşta: Bu gün Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqlar başlayıb
Digər ölkələr21:56
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
Futbol21:50
Pezeşkian: ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb
Region21:48
İran ABŞ ilə əldə olunan anlaşmanın icra olunacağına tam inanmır
Region21:39
ABŞ, Fransa və Yunanıstan hərbçiləri Ermənistana səfər edəcək
Region21:26
Hindistan "Tomahawk"ın analoqu olan raketi sınaqdan keçirib
Digər ölkələr21:01
Video