Qetji yüngül çəkidə UFC-nin müvəqqəti çempionluq kəmərini qazanıb

Fərdi
  • 25 yanvar, 2026
  • 10:02
Qetji yüngül çəkidə UFC-nin müvəqqəti çempionluq kəmərini qazanıb

Amerikalı Castin Qetji yüngül çəkidə UFC-nin müvəqqəti çempionluq kəməri uğrunda döyüşdə britaniyalı Peddi Pimbleti məğlub edib.

"Report"un məlumatına görə, qarşılaşma bazar gününə keçən gecə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində baş tutub.

Döyüş 2026-cı ildə təşkilatın ilk nömrəli turniri olan "UFC 324" çərçivəsində keçirilib.

Beş raund davam edən qarşılaşmanın yekununda Qetji hakimlərin yekdil qərarı ilə qalib gəlib (48-47, 49-46, 49-46).

Castin rəqibini dəqiq zərbələrin sayında üstələyib və bir neçə dəfə döyüşü erkən bitirmək imkanı yaradaraq Pimbletə ciddi zərər yetirib. Nəticədə Qetji yüngül çəkidə müvəqqəti çempion titulunu qazanıb. Növbəti döyüşdə onun, böyük ehtimalla, İliya Topuriya ilə qarşılaşacağı gözlənilir.

Qetjinin MMA-da 27 qələbəsi və 5 məğlubiyyəti var. Pimblett isə UFC-də ilk məğlubiyyətini alıb. Onun ümumilikdə MMA karyerasında 23 qələbəsi və 4 məğlubiyyəti mövcuddur.

Son xəbərlər

Bütün Xəbər Lenti